Orqanik gübrə

Səba ölkədə orqanik gübrə istehsal edən yeganə şirkətdir!

Hazırda kənd təsərrüfatı sahəsində orqanik gübrələr xüsusi populyarlıq qazanıb. Müasir istehlakçı məhsulun keyfiyyəti ilə yanaşı onun ekoloji vəziyyəti və istehsal prosesinin gedişatı ilə də yaxından maraqlanır. Kənd təsərrüfatı seqmentində fəaliyyət göstərən qabaqcıl şirkətlər bazardakı bu son tendensiyaları nəzərə alır, məhsulun keyfiyyətini, torpağı və onun məhsuldarlığını xüsusi diqqətdə saxlayırlar.

Quşçuluq sahəsindəki 16 illik peşəkar fəaliyyəti ərzində “Səba” hər zaman ekoloji məsuliyyət daşıdığını dərk edib.

Məhz buna görə quş peyini əsasında hazırlanan orqanik dənəvər gübrə təklif edir.

 

İstismara verilən orqanik gübrə zavodunun xammalla təchizatını elə Səba quşçuluq fabriki həyata keçirir. İstehsalın illik həcmi 20 000 ton hazır məhsul təşkil edir. Gübrə pərakəndə satışa 50, 25 və 12 kq çəkilərdə çıxarılır. Fermer təsərrufatlarına isə xüsusi əlverişli formada - 1 tonluq qablaşdırma şəklində təqdim olunur.       

 

Qeyd: Səba şirkətinin quşçuluq fabrikində yem kimi Ağcabədi, Füzuli, Kürdəmir, Ağsu tarlalarında ekoloji təmiz yetişdirilmiş qarğıdalı və soyadan istifadə olunur. Məhz bu rasion ümumi təyinatlı gübrə istehsal etməyə imkan verir.

“Səba”  gübrəsi bütün məlum toxumsəpən maşınlar üşün müvafiqdir. 

 

Niyə görə Səba orqanik gübrələri?

 Müştərilərimizə yüksəkkeyfiyyətli və effektiv orqanik gübrə təqdim etmək üçün biz:

·         seqmentdəki ən son innovativ texnologiyalardan istifadə edirik;

·         bütün istehsal prosesində keyfiyyəti ciddi nəzarət altında saxlayırıq;

·         gübrəni daim təkmilləşdirir və müntəzəm sınaqdan keçiririk.

Buna görə də orqanik gübrələrimiz faydalı makro və mikroelementlərlə zəngindir. Bir çox bitki və torpaq növü üçün tam yararlıdır. Məhz belə gübrələr sayəsində ekoloji təmiz məhsul əldə etmək şansı çox böyükdür!

 

SƏBA orqanik gübrəsinin əsas özəllikləri

-  Bütün vacib bəsləyici maddələri özündə birləşdirir

-  Tez təsir göstərən NPK gübrəsi

-  Faydalı mikrobiologiya əlavə olunub

-  Xəstəliktörədən flora, alaq otu toxumları və parazit sürfələri yoxdur

-  Ekoloji təmizdir. Xoşagəlməz qoxu vermir

-  Təzə peyindən fərqli olaraq öz-özünə yanma və alışma ehtimalı istisna olunur

                -  Zəhərli deyil