Ticarət nişanı

"Səba" sözü "səhər mehi”, "səhərin sərinliyi" mənasını verir. Kifayət qədər isti ölkə kimi tanınan Azərbaycanda sərin küləyin nə demək olduğunu hamı bilir. Ticarət nişanında əks olunan yaşıl yarpaqlı budaq SƏBA şirkətlərinin bütün fəaliyyət mərhələlərində qida və yem məhsullarının təbii xüsusiyyətlərini qorumaq və ekolojistardartlara əməl edərək istehsalçılara təqdim etmək öhdəliyini təcəssüm edir. Nişanda istifadə olunan yüksələn günəş SƏBA şirkətlərinin Azərbaycanın daimi uğurlu inkişafına dəstəyini və fəal rolunu bildirir. Ticarət nişanını tamamlayan qızıl dairə SƏBA-nın istehlakçılarını yüksək keyfiyyətli qida və yem məhsulları ilə təmin etmək məqsədini göstərir.

Bu gün "SƏBA" ticarət markası istehlak bazarında satışda ön sırada gedir. "SƏBA” yerli bazarda hətta xaricdən gətirilmiş qablaşdırılmış məhsullarla rəqabət apara bilən məhsul istehsal edir. Bu məhsulların yüksək keyfiyyətini və ticarət şəbəkələrinə qısa müddətdə çatdırılmasını nəzərə alan alıcılar xarici istehsalçıların deyil, məhz "SƏBA"-nın quş əti və süd məhsullarına üstünlük verirlər.