"Biləsuvar Aqro" MMC 2022 Azəri Business Award müsabiqəsi üzrə "süd məhsulları və kərə yağı istehsalı sahəsində ilin şirkəti" nominasiyası üzrə qalib seçilmişdir.

"Biləsuvar Aqro" MMC - süd məhsulları və kərə yağı istehsalı sahəsində ilin şirkəti seçildi!

2023-cü il mart ayının 7-də “Buta Palace”da biznes sahəsində 2022-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, o cümlədən Moldova, Belçika və Rumıniyanın səfirləri, dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrinin təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə "Biləsuvar Aqro" MMC - süd məhsulları və kərə yağı istehsalı sahəsində ilin şirkəti laureatına layiq görülüb

Müşahidə şurasının direktoru cənab Əli Mustafayev Rafiq oğlu mükafatı alarkən "Biləsuvar Aqro" MMC-nin ilk növbədə süd məhsulları və kərə yağlarının yerli istehsalatda önəminə vurğu edərək, ölkədə keyfiyyətli və təbii süd məhsullarının bütün istehlakçılar üçün əlçatan olması üçün görülən işlər barəsində ətraflı məlumat verdi. Daha sonra Qafqazda ilk dəfə olaraq "Biləsuvar Aqro" MMC-də istehsal və satışının həyata keçirildiyi quru süd məhsullarının ölkə iqtisadiyyatına müsbət töhvə verməsindən və həmçinin regionlarda kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsindəki vacib stratejik məqamlarından danışdı. Ekoloji cəhətdən təmiz və qatqısız süd və kərə yağı məhsulları istehsalçısı olaraq "Biləsuvar Aqro" MMC-nin bu laureta layiq görülməsini bütün müştərilərimizə borclu olduğunu qeyd edərək öz təşəkkürünü bildirmişdir.

#Səba #Azeribusinessaward2022 #kərəyağı #südməhsulları #ilinşirkəti #BiləsuvarAqro