"Səba" ASC-nin İdarə Heyətində dəyişiklik olub.

Faiq Hüseynov “Səba” ASC-də Baş maliyyə inzibatçısı (CFO) təyin edilib.

O, vəzifəsinin icrasına 2022-ci ilin noyabrından başlayıb.

Faiq Hüseynov 2021-ci ilin iyul ayından bu günə qədər “Səba” ASC-də nəzarət şöbəsinin müdiri olaraq çalışırdı. Bundan əvvəllər isə “Deloitte Azərbaycan” şirkətində auditor kimi çalışmışdır.