Xırdalan şəhərində daha bir "Səba Gündəlik" mağazası xidmətə başladı.

Ölkənin ən böyük ət və süd məhsulları şəbəkəsi olan və kiçik məhlə dükanları prinsipi ilə əhaliyə ən yaxın ərazilərdə açılan Səba Gündəlik mağazalarının missiyası Səba ət və süd məhsullarının istehlakçılara təzə-təzə müəssisədən çıxan məhsulun soyuma həddi keçmədən çatdırılmasını təmin etməkdir. 

Səba ASC istehlakçılarına bilavasitə xidmət göstərmək üçün öz mağazalar şəbəkəsini daim genişləndirməyə davam etməkdədir. Xırdalan şəhərində açılan sayca ikinci mağaza isə müştərilərin artan tələblərini və istəklərini qarşılamaq üçün artıq öz fəaliyyətinə başlamışdır.