Haqqımızda

Biz kimik?

"SƏBA" ticarət markası ətrafında birləşən müəssisələr “Təbiətdən mətbəxə” konsepsiyasını rəhbər tutaraq Azərbaycan Respublikasında dünya standartlarına tam cavab verən qida məhsullarının istehsalını həyata keçirir.

Məqsədimiz

İstehlakçı maraqlarını daim diqqət mərkəzində saxlayaraq, istehsal etdiyi məhsulların keyfiyyəti barədə onlarda dayanıqlı müsbət rəy yaratmaq "SƏBA" ticarət nişanı adı ilə çalışan şirkətlərin əsas məqsədidir.

Missiyamız

Müştəri məmnuniyyətini hər zaman ön planda tutaraq yüksək keyfiyyətlə xidmət göstərməkdir.

Strateji baxışımız

Ölkəmizdə qida sektorunun gələcəyi üçün əsaslı həllər yaratmaq, daxili yem və xammal istehsalatında etibarlı bir təminatçı olaraq öz brend məhsulları ilə bazarında lider olmaq.

Tarixçə

2016

Aqrar sahədə ölkəmizin idxal məhsullardan asılılığını azaltmaq məqsədilə “Qarabağ Toxum” fəaliyyətə başlamışdır.

2015

Məhsulların hava ilə soyutma sistemi tətbiq edilirək quş ətinin tərkibində su qalma ehtimalı sıfıra endirilmişdir.

2014

Dərin emal məhsulu olan yarımfabrikatlar – toyuq nagetləri, kotletlər, sosislər, farş və s. satışa təqdim olunmuşdur.

2014

SƏBA Gündəlik mağazaları fəaliyyətə başlamışdır.

2012

Artan istehsalat tələblərini nəzərə alaraq quşçuluq sənayesində yem şəklində istifadə olunan məhsulların istehsalı, tədarükü, satışı və Azərbaycanda ərzaq təhlükəsizliyinin davamlı olaraq gücləndirmək məqsədi ilə “Qarabağ Taxıl” MMC fəaliyyətə başlamışdır.

2008

Dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə “Biləsuvar Aqro” MMC fəaliyyətə başlamışdır.

2005

“SƏBA Orqanik Gübrə” fəaliyyətə başlamışdır.

2002

Əsaslı yenidənqurma işləri aparılaraq daha müasir avadanlıqlarla istehsal gücünün artırılması.

1996

Dəvəçi Quşçuluq Fabrikinin maddi-texniki bazasının yenidən qurulması sayəsində “SƏBA” ASC qurulmuşdur.

1981

Dəvəçi Quşçuluq Fabriki fəaliyyətə başlamışdır.

Əməyin mühafizəsi siyasətimiz

“SƏBA” ASC- bütün fəaliyyətlərində insan həyatını və sağlamlığını ən dəyərli prioritet olaraq qəbul etməkdə, daha təhlükəsiz və sağlam bir iş mühiti yaradaraq, yaşana biləcək istənilən növ qəzanın ən aza endirilməsi və davamlı şəkildə bu siyasətin təkmilləşdirilməsini təmin edir.

Yaradılan sağlamlıq və iş mühiti standartlarına müəssisələrimizdə fəaliyyət göstərən bütün işçilərin qeyri-şərtsiz əməl etməsi təşviq edilərək yaralanma və sağlamlıqlarına dair risklər aradan qaldırılmaqdadır.

SƏTƏM tədbirləri ilə yanaşı işçilərin periodik KPI göstəriciləri analiz edilməklə struktura daima təkmilləşdirilməkdədir

Təhlükəsiz iş şəraiti SƏBA ASC-də çalışmağın ilk üstünlüyüdür.

Sıfır iş qəzası hədəfinə çatmaq üçün, istehsalatda, yeni məhsul üzərində tədqiqatlarda, proses və mühəndislik strukturalarında dəyişiklik ediləcəyi təqdirdə yarana biləcək risklər əvvəlcədən tətqiq edilərək, onların yaşana biləcəyi proseslər yenisi ilə əvəz edilir və ya maksimum təhüləksizlik tədbirləri görülür.

Məhsulların istehsal etapından başlayaraq istehlakına qədər, istifadə edilən bütün xammallar, qablaşdırma məhsulları, maşınlar və aparatlar biolojik, kimyəvi və fiziki təhlükələri aspektindən tətqiq edilir və rəy prosedurasına tabe tutulur.

Daxili proseduraların beynəlxalq tələblərə uyğunluğu yoxlanılır və proseduraların təkmiləşdirilməsi üzərində işlər mütəmadi aparılır

Fəaliyyət zamanı yaşanan qəzalar analiz edilərək bir daha təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görülür

İstehsalat və ya digər müəssisələrimizə gələn qonaqlar və ya praktikantlar əvvəlcədən təhlükələr haqqında xəbardar edilir

Keyfiyyətə nəzarət standartları

 

  • “SƏBA” ASC-nin korporativ kimliyi; istehlakçıların ehtimadını və marka dəyərini qorumaq, hər zaman istehlakçıların və müştərilərin məhsullar üzrə gözləntilərinə və standartlara tam cavab verən və ya gözləntilərin də üzərində məhsullar təklif edərək onların ehtiyaclarını qarşılamaqdır. Bu istiqamətdə məhsulların keyfiyyəti, istehsalı, qablaşlaşdırılması üzrə davamlı şəkildə inkişaf edərək müştərilərilərimiz və istehlakçılarımız ilə birlikdə daha da böyüməkdə qərarlıyıq
  • “SƏBA” ASC-nin hər bir əməkdaşı keyfiyyətə cavabdehdir. Biz-bütün SƏBA çalışanları məhsulların keyfiyyətinin artırılıması və ona nəzarət edilməsində məsuliyyət hiss edərək istehsaldan başlayaraq məhsulun süfrələrə çatdırılmasınadək olan bütün mərhələlərdə müştərilərimizin yanındayıq
  • Bu qaydalar “SƏBA” markalı bütün məhsullara şamil edilir və istər biznes əməkdaşlarımıza məxsus şəbəklərin rəflərində, marketinqdə, çatdırılmasında, istifadə müddəti keçmiş məhsulların geri çağırılmasında, istərsə də SƏBA gündəlik mağazalarında qüvvədədir
  • “SƏBA” ASC-nin hər bir çalışanı və biznes tərəfdaşlarımızın bu qaydaların bütün aspektlərinə əməl etməsi ən əsas prioritetimizdir

Edilməsi zəruri tədbirlər
Məhsulların keyfiyyətinin artırlmasında, ona nəzarətdə, istehsalında, paketləməsində, saxlanılması, marketinqi və satışında işləyən işçilər aşağıdakıları etməkdə borcludur:

  • Bütün keyfiyyət standartlarına əməl etmək
  • Halallığın bütün tələblərinə riayət etmək və bu tələblərin pozulmamasında vicdanla iştirak etmək
  • İstifadə təyinatı üzrə məhsulların satışının düzgün təyini və standartlara uyğun olmayan məhsulların satışa çıxarılmazdan əvvəl müəyyən edilməsi və imhası
  • Xammalın, paketləmədə istifadə edilən materialların, vaxtı bitmiş məhsulların, kampaniya və endirim fəaliyyətlərində keyfiyyət standartlarının qorunub saxlanılması üçün tədarükçülər, ikinci tərəf istehsalçılar daxil bütün tərəfdaşların işinə nəzarət etmək
  • İstehlakçı və müştərilərdən gələn şikayət və təkliflərin dərhal dəyərləndirilməsi, informasiyanın emalı və adekvat şəkildə cavablandırılması, həmçinin bütün məlumatlar bazasının toplanması üzrə zəruri işlərin aparılması
  • Keyfiyyətə təsir edən bütün nüansların aşkar edilməsi və aradan qaldırılması üzrə məlumatın aidiyyatı departamentə çatdırılması

Qadağan edilmiş davranışlar

  • Keyfiyyət üzrə ölçümləri, dataları və nəticələri gizləmək və ya dəyişiklik etmək
  • Məhsulun keyfiyyət standartını dəyişən mövcud və ya ola biləcək hər hansı bir məlumatı görməzdən gəlmək. Belə hallarda dərhal aidiyyatı departamentə məlumat verilməlidir.
  • Kifayət qədər məlumata sahib olmadan istehlakçılara və ya müştərilərə məhsulların keyfiyyəti, saxlanma şəraitləri və ya inqridientləri barədə məlumat vermək
  • Hər hansı bir şikayətin fərdi şəkildə cavablandırılması və aidiyyatı departamentə insident, narazılıq, şikayət və ya təklif barəsində məlumatın verilməməsi
  • Məhsulun saxlanma şəraitindən yaranan və insan sağlamlığına biləvasitə təhlükə törədəcək amillərin aşkar edildiyi məhsulların vitrinə düzülməsi və satışı qadağan edilir. Belə məhsulların ikinci tərəf şəbəkə və ya marketlərdə olması hallarının qarşısını almaq vasitəsilə tərəfdaşların işçiləri ilə sıx əməkdaşlıq edilməsi.

Ətraf mühit siyasətimiz

“SƏBA” ASC- istehlakçı və müştərilərin təlabatlarını qarşılayarkən bütün fəaliyyətləri çərçivəsində ətraf-mühitin qorunması və tullantıların idarəedilməsini diqqətə alaraq fəaliyyətini davam etdirir. Uzunmüddətli lazımı addımlar ataraq təbiətə və ətraf mühitə dəyəcək ziyanın istehsalatın hər bir mərhələsində minimuma endirilməsi əsas prioritetlərimizdən biridir.

“SƏBA” ASC-nin məqsədləri:

  • Məhsullarımızın və fəaliyyətlərimizin ətraf-mühit etibarilə təhlükəsiz olması
  • Ətraf-mühitin qorunması məqsədilə sosial məsuliyyətliliyin həm şirkət daxilində, həm də cəmiyyətimizdə artırılmasına nail olmaq
  • Yaşıl zonaların çoxaldılması və ayaqizimizin olduğu hər yerdə təbiətə verilən zərərin tamamilə aradan qaldırılması

Təxərisalınmaz tədbirlər:

  • İstifadə edilən xammaların tərkibindən tutmuş istehlak sonrası qablaşdırma materiallarının təbiətə təsirini və imha edilməsinə qədər bütün prosesləri dəyərləndiririk
  • Təminatçıları məhsullarının tam ekoloji olması üçün təşviq edir və onlarla birlikdə çalışırıq
  • Beynəlxalq qurumların fəaliyyətlərini izləyir və ən son alınan qərarları strukturumza inteqrasiya edirik
  • Tullantıların imha edilməsini dünya standartlarına uyğun həyata keçiririk və ölçümlər edirik
  • Ekelogiyaya təsir edəcək hadisələrin qarşısını almaq məqsədilə baş vermiş və ya yarana biləcək hadisələri analiz edir və tədbirlər planı həya keçirdirik
  • Ekoloji stabilliyi qorumaq və artırmaq məqsədilə daimi bu sahə üzrə seminarlar təşkil edir və bütün işçilərin bilik səviyyəsini daha da artırmağa çalışırıq

“SƏBA” ASC aşağıdakıları təmin edəcəkdir:

  • Bütün ASC-nin işçilərinin ekoloji təsirlərin fərqində olmasını, bu siyasətimizin tətbiq edilməsinə dair onların motivasiya edilməsini və lazımı tədris materiallarını
  • ASC-nin ekoloji təsirlər ilə bağlı analizlərini əməkdaşı olduğu qurumlar ilə paylaşmağı
  • Məhsullarımızın ekoloji təsirlərini müştərilərimizə və istehlakçılarımıza düzgün formada bəyan etmək və lazımı tədbirləri təklif etmək

Rəhbərlik

Rəşad Məmişov

Satış departament direktoru, İdarə heyətinin üzvü

Faiq Hüseynov

İdarə heyətinin sədri

Maliyyə hesabatları