"Səba" ASC 2022 Azəri Business Award müsabiqəsi üzrə "İlin quşçuluq şirkəti" nominasiyası üzrə qalib seçilmişdir.

2023-cü il mart ayının 7-də “Buta Palace”-da biznes sahəsində 2022-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, o cümlədən Moldova, Belçika və Rumıniyanın səfirləri, dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrinin təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər.

Səba ASC - 2022-ci ilin yekunları üzrə "Azəri Business Award" milli mükafatı üzrə ilin quşçuluq şirkəti seçilmişdir. 

Şirkət adından mükafatı qəbul edən İdarə heyətinin sədri cənab Naib Abayev kənd təsərrüfatı sahəsində və quş əti istehsalı barəsində əldə olunmuş nailiyyətlər və şirkətin gələcəkdə daha da inkişaf etdirilməsi üçün qarşıya qoyulmuş hədəflər barəsində danışdı. Daha sonra cənab Naib Abayev mükafatın əldə olunmasının və uğurlu strateji nailiyyətlərin bütün Səba ailəsinin və çalışanlarının birgə və məqsədyönlü əməyi sayəsində olduğunu qeyd edərək, gələcəkdə də ölkəmiz və müştərilərimiz üçün keyfiyyətli quş əti istehsalı ilə xidmət səviyyəsinin daha da genişləndiriləcəyini bildirmişdir. Nitqinin sonunda isə Səba ASC-nin bütün müştərilərinə təşəkkür edərək, qət edilən uğurlu inkişaf yolunda onlara borclu olduğunu bildirmişdir.

#Azeribusinessaward2022 #ilinquşşuluqşirkəti #Səba #təbiətdənmətbəxə

İlin quş əti istehsalçısı
Azeri Business Award 2022