Tez tez verilən suallar
Səba Gündəlik mağazalarımızın sayı hazırda 80-ə yaxındır və bu sayı günü-gündən artmağa davam edir. Abşeron rayonu və Sumqayıt şəhəri üzrə 30-a yaxın mağaza, Bakı şəhəri üzrə 26 mağaza və cənub bölgələrində 30a yaxın mağaza ilə xidmətinizdəyik.
Məhsullarımızı ölkə üzrə bütün süpermarketlərdən, fərdi mağazalardan və Səba Gündəlik mağazalarımızdan əldə edə bilərsiniz.
Quşların yetişdirilməsi zamanı öz istehsalımız olan yemlərdən istifadə olunur və bu yemlər əsasən "Qarabax Taxıl" və "Qarabağ Toxum"-un məhsulları hesabına təmin olunur.
Hava ilə soyutma sistemi toyuqların su ilə təmas etməməsi ilə saxlama müddətinin daha uzun olması üçün tətbiq edilir. Soyudulmuş quş ətinin tərkibində su qalmadığı üçün bakteriyalar çoxala bilmir və daha uzun müddət məhsul öz sağlamlığını itirmədən qala bilir.
Bütün quşların kəsimi namaz qılan qəssablarımız tərəfindən əl ilə həyata keçirilməkdə və İslam dininin buyurduğu formada toyuqlara ən az zərər verəcək şəkildə həyata keçirlməkdədir.
Quşların yetişdirilmə prosesində heyvanların rifahı mövzusunda Səba ASC olaraq bir çox tədbirlər həyata keçiririk. Bunların içərisində heyvanın yaşına görə havanın temperaturunun düzgün təşkili, isti havalarda yetişdirmə zonalarının soyudulması, təmiz və quru zəminin təşkil edilməsi, saxlama zonalarının təmizlənməsi və dezinfeksiya işlərinin mütəmadi həyata keçirlməsi və s. kimi bir sıra vacib nüanslar daxildir. Bütün bu tədbirlər yalnızca yetişdirmə zamanı deyil, həmçinin quşların daşınması zamanı da həyata keçirilməkdədir.
Səba Gündəlik mağazaları həftənin 6 günü 08:00-20:00, Bazar günləri isə 08:00-16:00-a dək Sizlərin xidmətinizdədir.
Gündəlik mağazalarının adresinə mağazalar bölməsinə klik edərək baxa bilərsiniz.
Səba ASC-də hazırda beynəlxalq nüfuzlu GİMDES təşkilatının hallalıq sertifikatının tələblərinə uyğun istehsal prosesi aparılır.