Qarabağ Toxum

Əsası 2016-ci ildə qurulmuş "Qarabağ Toxum" MMC Səba şirkətlər qrupuna daxildir və  ölkəmizdə kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi və toxum təminatının yaradılması etibarilə mühim stratejik əhəmiyyətə malikdir. Sektorunda yeni olsada artıq Qarabağ Toxum bu sahədə kifayət qədər keyfiyyətli toxum növlərinin yetişdirilməsi ilə bir çox fermerlərin və böyük müəssisələrin tələbatını tam qarşılayaraq sektorunda lider olma yolunda qəti addımlarla irəliləməyə davam edir. Müəssisənin əsas missiyalarından biri dünyada və ölkəmizdə ehtiyac duyulan müxtəlif çeşiddə toxum məhsullarının təminatını həyata keçirmək və həmçinin xarici bazarlarda güvənilən bir tərəfdaş kimi çıxış etməkdir. Bunun üçün artıq əsaslı addımlar atılmağa davam etməkdədir. Son texnoloji avadanlıqların müəssisənin təcrübəli mütəxəssislərinin xidmətinə verilməsilə, daimi inkişafın və keyfiyyətli araşdırmaların icrası tam təmin edilməkdədir.