Kirayə yer
Şərtlər: Hazır təmirli, 30-5 0 kv. metr arası, satış üçün əlverişli (mərkəz, yaxud sıx yaşayış olan) yer. Mütləq yaşayış binasının və ya ayrıca tikili obyektin 1-ci mərtəbəsi olmalıdır. Zirzəmi, yarım zirzəmi kimi obyektlər qəbul edilmir. 3 faza elektrik xətti olması şərtdir.
Əlavə sənədlərin və tələblərin siyahısı isə aşağıdakı kimidir:
- Daşınmaz Əmlak Dövlət Reyestrindən çıxarış;
- Obyekt sahibinin şəxsiyyət vərəqəsi;
- Obyekt sahibinin bank rekvizitləri;
- Obyekt sahibinin vergi qeydiyyatı (VÖEN) tələb edilmir. Vergi ödənişi SƏBA ASC tərəfindən dövlət büdcəsinə köçürülür;
- HFN tələbi ilə əlaqədar yanğın xəbərverici siqnalizasiya sisteminin obyekdtə olması;
- Elektrik kabellərinin sınaq protokolunun olması
- Obyektin daşınmaz əmlak icbari siğorta şəhadətnaməsinin olması.
Obyektiniz bu şərtlərə uygundursa dəqiq ünvan göstərməklə, çöldən və içəridən bir neçə foto şəklini göndərməyinizi xahiş edirik.