"Səba" ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov "Yüksəliş" müsabiqəsinin qalibi oldu

İdarəçilik bacarıqları və intellektual səviyyəsi yüksək olan istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi məqsədilə həyata keçirilən üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri müəyyənləşib.🏆

Qürur hissi ilə bildiririk ki, "Səba" ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov "Yüksəliş" müsabiqəsinin qalibi oldu!
13 474 iştirakçının müraciət etdiyi bu müsabiqə 5 müxtəlif mərhələdən ibarətdir və bu mərhələlərin hər birini uğurla keçən 22 nəfər qalib ola bilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunan Yüksəliş müsabiqəsinin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdən ibarətdir. 

#Yüksəliş2023 #YüksəlişMüsabiqəsi #YüksəlişSizinləDavamEdir #ÖlkəninGələcəyiniQur #Səba