Plastik ziyandır!

Gündə neçə növ plastik məhsullar istifadə etdiyimizi düşünün. Bütün dünyada hər il 1 trilyon plastik torba, 500 milyon plastik su qabları və 5 milyard plastik stəkan istifadə edilərək atılır. Hər birimizin istifadə etdiyi bu plastiklər əvvəlcə suya qarışır, sonra çaylara, dənizlərə və okeanlara qədər çatır. Dünyadakı hər bir insanın istifadə etdiyi bu tullantılar okeanda su dalğaları ilə birləşib və 1,8 trilyon plastikdən ibarət bir adaya çevrilib. Təxminən 3,5 milyon kvadrat metrlik ərazini əhatə edən bu nəhəng plastik tullantı kütləsini ada yox artıq qitə adlandırmaq olar.