Toyuq ətinin təhlükəsizliyi üçün 10 məsləhət

1. Bişirmədən öncə toyuq ətini yumayın!

Çiy toyuq ətinin yuyulmasına ehtiyac yoxdur. Çiy toyuq ətinin yuyulması ətin üzərində ola biləcək bakteriyaların mətbəxdə olan qab-qacağın, əşyaların və digər hazır qidaların üzərinə sıçramasına səbəb olur. Müasir quş əti emalı sahələrində istehsal olunan toyuq ətləri mikrobioloji olaraq qoyulan normativlər daxilində evlərə gəlib çatır. Üzərlərində mövcud ola biləcək hər hansı bakteriya yuyulma zamanı digər qeyd edilən yerləri də çirkləndirə bilər. Bu da çarpaz çirkləndirməyə səbəb olmaqla qida zəhərlənməsinə gətirib çıxarır.

2. Toyuq ətini tam bişirmək lazımdır!

Toyuq ətinin üzərində ola biləcək bakteriyaları yalnız bişirmə ilə məhv etmək olar. Buna görə də toyuq əti daxili temperaturu 75C-yə çatana qədər bişirmək lazımdır. Əgər termometr yoxdursa toyuq ətini çəngəl və ya bıçaq ilə dəldikdə ətin ən qalın yerində rəngi ağ rəngdə olmalıdır.

3. Toyuq ətini otaq temperaturunda əritməyin!

Heç vaxt bunu etməyin. Dondurulmuş toyuq ətinin donu mütləq 5C temperaturdan aşağı temperaturda, yəni soyuducuda açılmalıdır. 

4. Toyuq ətinə toxunduqdan sonra mütləq əllərinizi, toyuğu doğradığınız taxta və ya plastiki, bıçağı yuyun!

Toyuq ətinə toxunduqdan sonra mütləq əllərinizi, bıçağı və ətin təmas etdiyi yerləri yuyun. Dezinfeksiya etmək də daha yaxşı olardı.

5. Soyuducuda çiy toyuq ətinin digər qidalarla təmas etməməsinə diqqət edin!

Çiy toyuq ətini soyuducuda həmişə ən alt qata qoyun. Bununla çarpaz çirklənmənin qarşısını almış olursuz.

6. Donu açılan toyuğu yenidən dondurmaq olar!

Bəli bu mümkündür. Adətən donu açıldıqdan sonra əti yenidən dondurmaq olmaz deyə eşidirik. Lakin qida təhlükəsizliyi ilə keyfiyyət məsələsini qarışıq salmaq olmaz. 5C-dən aşağı temperaturda donu açılan toyuq ətinin yenidən buz dolabına qoyulub dondurulmasında qida təhlükəsizliyi baxımından problem yoxdu. Lakin bu ətin dadında və formasında pisləşməyə səbəb ola bilər.

7. Alış veriş edərkən toyuq ətini axıra saxlayın!

Bəzən alış verişlər 2 saata yaxın uzana bilir. Ona görə də xüsusilə yay aylarında alacağınız toyuq ətini ən sona saxlayın.

8. Əsasən təzə toyuq əti məhsullarının alınmasına üstünlük verin!

Toyuq əti alarkən mütləq şəkildə istehsal tarixinə və son istehsal tarixinə diqqət yetirin.

9. Böyük çəkili toyuq almağa üstünlük verin!

Kiçik çəkili toyuq əti tam formalaşmır. Dad baxımından da böyük çəkili toyuq əti daha dadlı olur. Digər tərəfdən kiçik çəkili toyuq ətində antibiotiklərin qalma riski daha çoxdur.

10. Alacağınız məhsulun müvafiq sertifikatlarının olmasına önəm göstərin!

Toyuq ətinin mütləq müvafiq sertifikatlarının olmasına önəm verin. ISO 22000 (qida təhlükəsizliyi) sertifikatının olması HACCP prinsiplərinin tətbiqindən xəbər verir. Digər önəm verəcəyiniz sertifikat isə “Halal və Tayyib” sertifikatın olmasıdır.

İstifadə olunan mənbələr:

1. Dr.Vivien Kite (Executive Director at The Australian Chicken Meat Federation) thepoultrysite.com saytında yayımlanan məqalə
2. USDA “Chicken from farm to table”
3. ГОСТ 31962-2013