Ev üsulu nagets

25dəqiqə
366kkq
4nəfər
Sizə hansı məhsul lazım olacaq?

Təzə file açıq

dəha ətraflı
İnqridientlər
  • Toyuq filesi500 qr
  • Panko1 kasa
  • Duru yağ2 yemək qaşığı
  • Duz1 çay qaşığı
  • Qara istiot1 çay qaşığı
  • Qırmızı bibər tozu1 çay qaşığı
  • Sarımsaq tozu (istəyə görə)1/2 çay qaşığı
  • Soğan tozu (istəyə görə)1/2 çay qaşığı
  • Un1 kasa
  • Yumurta2 ədəd
  • Günəbaxan yağı1.5 stəkan
Hazırlanma qaydası
1

Filenin yağını və dərisini çıxarıb, iri kvadratlara kəsin və rondodan keçirin.

2

Üzərinə panko, yağ və ədviyyat əlavə edib qarışdırın.

3

Əllərinizi yağla yüngülcə yağlayın və masanın üzərinə streç qoyaraq üzərinə hazırladığınız qarışığı əlavə edin. Əlinizlə 1 barmaq qalınlığında qarışığı hamarlayaraq düzləşdirin.

4

Nuggetləri kvadrat formasında kəsin. Bir boşqaba əlavə edin və dondurucuda 10 dəqiqə saxlayın.

5

Dondurucudan çıxardıqdan sonra nuggetləri un ilə bulayın.

6

Daha sonra unla üzlənmiş nuggetləri duz və çırpılmış yumurta olan qarışığın içinə salın.

7

Nuggetləri panko ilə bulayın.

8

Geniş dibli tavada günəbaxan yağını qızdırın. Nuggetların hər iki üzü qəhvəyi rəngə çevrilənə qədər orta istilikdə qızardın.

9

Bişmiş nuggetləri salfetka üzərində qısa müddətə dinləndirin.

50dəqiqə
Kakaolu Cupkek
40dəqiqə
İftar süfrələri üçün asan hazırlaya biləcəyiniz paketdə toyuq ətli pilov
40dəqiqə
Toyuq sote I Ramazan süfrəsi üçün asan resept