Kakaolu Cupkek

50dəqiqə
429kkq
10nəfər
Sizə hansı məhsul lazım olacaq?

Kərə yağı 82.5%

dəha ətraflı
İnqridientlər
  • Kərə yağı200 qr
  • Əridilmiş kərə yağı2 xörək qaşığı
  • Yumurta2 ədəd
  • Toz şəkər1 stəkan
  • Duru yağ1/2 stəkan
  • Süd1 stəkan
  • Un2 stəkan
  • Kakao2 xörək qaşığı
  • Vanil2 paket
  • Qabartma tozu1 paket
  • Pudra şəkəri1 stəkan
Hazırlanma qaydası
1

2 ədəd yumurtanı 1 su stəkanı qədər pudra şəkəri ilə qarışdırın.

2

Sonra növbə ilə 2 xörək qaşığı ərinmiş kərə yağını, yarım çay stəkanı duru yağı və 1 çay stəkan südü əlavə edib qarışdırmağa davam edin.

3

Üzərinə 2 stəkan un, 2 xörək qaşığı kakao, 1 paket vanil və qabartma tozunu əlavə edin.

4

Spatulanın köməyi ilə yaxşıca qarışdırın.

5

Hazırladığınız qarışımı yağlanmış qəliblərə bölün və əvvəlcədən isidilmiş 175 dərəcə sobada təxminən 20 dəqiqə bişirin.

6

Krem üçün; Otaq temperaturunda 200 qram kərə yağını qaymaqlı bir tutarlılığa gələnə qədər çalın. Üzərinə 4 xörək qaşığı süd, 1 paket vanil əlavə edib çalmağa davam edin.

7

Sonda 1 stəkan şəkər tozunu əlavə edib məhlul ilə tamailə birləşənə qədər qarışdırmağa davam edin.

8

Soyumuş keklərin üzərinə hazırladığınız kremi sıxın.

9

Kekin üzərinə istəyə bağlı meyvə və ya tort bəzəyi əlavə edə bilərsiniz.

25dəqiqə
Ev üsulu nagets
40dəqiqə
İftar süfrələri üçün asan hazırlaya biləcəyiniz paketdə toyuq ətli pilov
40dəqiqə
Toyuq sote I Ramazan süfrəsi üçün asan resept